Təhsil krediti almaq istəyən tələbələr üçün növbəti elan sessiyasına start verilir

Təhsil krediti almaq istəyən tələbələr üçün növbəti elan sessiyasına start verilir
# 02 sentyabr 2016 10:47 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Təhsil krediti almaq istəyən tələbələr üçün “Maarifçi” Tələbə Kredit Fondu növbəti elan sessiyasına start verir.

Fonddan APA-ya verilən xəbərə görə, ikinci elan sessiyası 1-31 oktyabr tarixində başlayacaq. Bu elan sessiyası 2016-2017-ci tədris ili üzrə təhsil alan və aztəminatlı ailələrdən olan tələbələrin təhsil haqqı borcu üçün nəzərdə tutulub. Tələbələr seçim meyarlarına əsasən seçiləcəklər. Sessiyanın seçim meyarları birinci elan sessiyasında olduğu kimi qalıb.

Qeyd edək ki, birinci elan sessiyası 3-25 iyun tarixində aparılıb. Fondun seçim meyarları çərçivəsində 55 elektron müraciətə baxılıb, meyarlara cavab verən 22 tələbə ilə kredit müqaviləsi imzalanıb. Mənfi cavab alan tələbələr akademik göstəricisi 71-dən aşağı və sənədləşmə uyğunsuzluğu olanlardır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR