"Təmiz Şəhər" ASC-yə yeni rəhbər təyin olunub

"Təmiz Şəhər" ASC-yə yeni rəhbər təyin olunub
# 28 iyun 2016 15:17 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. "Təmiz Şəhər" ASC-yə yeni rəhbər təyin olunub.

"APA-Economics" xəbər verir ki, Etibar Abbasov ASC-nin İdarə Heyətinin sədri olub. Bunadək E. Abbasov İdarə Heyətinin sədr müavini kimi çalışıb.

Qeyd edək ki, E. Abbasova qədər dövlət şirkətinin rəhbəri Zakir İbrahimov olub. O, ölkə başçısının müvafiq sərəncamı ilə yeni yaradılan "AzerGold" QSC-nin İdarə Heyətinin sədri təyin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR