Zaqatalada iki gün əvvəl yol qəzasında ağır xəsarət alan şəxs xəstəxanada ölüb

Zaqatalada iki gün əvvəl yol qəzasında ağır xəsarət alan şəxs xəstəxanada ölüb
# 27 may 2016 18:33 (UTC +04:00)

Zaqatala. Vüqar Heydərov - APA. İki gün əvvəl Zaqatalada baş verən yol-nəqliyyat hadisəsində ağır xəsarət alan 51 yaşlı kişi xəstəxanada ölüb.

Zaqatala rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, yol-nəqliyyat hadisəsi nəticəsində Zaqatala Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsində müalicə alan, Zaqatala şəhər sakini, 1965-ci il təvəllüdlü Rizvan Murtuzəli oğlu Əliyev bu gün axşam saat 19 radələrində ölüb.

Qeyd edək ki, Rizvan Əliyev may ayının 25-i səhər saatlarında idarə etdiyi “Hyundai” markalı, 62 BH 879 dövlət nömrə nişanlı avtomobillə Zaqatala-Muğanlı avtomobil yolunda hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşını yolun kənarındakı ağaca çırpmışdı. Rizvan Əliyevə qapalı kəllə-beyin və döş qəfəsinin küt travması diaqnozu qoyulmuşdu.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR