Operativ qərargah: "Günəşli" yatağında yanğının söndürülməsinə xarici mütəxəssislər cəlb olunub

Operativ qərargah: "Günəşli" yatağında yanğının söndürülməsinə xarici mütəxəssislər cəlb olunub
# 08 dekabr 2015 13:10 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. SOCAR-ın "Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə baş verən yanğın nəticəsində itkin düşən 23 nəfərin, o cümlədən itkin düşən "Neft Daşları"nın 3 əməkdaşının axtarışları davam edir.

"APA-Economics"in məlumatına görə, bunu SOCAR-ın “Azneft” İstehsalat Birliyinin baş mühəndisi Balamirzə Ağarəhimov yaradılan operativ qərargahda keçirilən brifinqdə bildirib.

"Saat 16:00-a olan məlumata görə, axtarışlar heç bir nəticə verməyib. Buna baxmayaraq, axtarış tədbirləri davam etdirilir", - deyə B. Ağarəhimov bildirib.

Baş mühəndis əlavə edib ki, yanğın hələ də söndürülməyib: "Yanğının söndürülməsi ilə 8 gəmi məşğuldur. Bununla yanaşı, yanğının söndürülməsinə bir neçə xarici mütəxəssis cəlb olunub".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR