Gəncədə 29 yaşlı oğlan özünü ürəyindən güllələyib

Gəncədə 29 yaşlı oğlan özünü ürəyindən güllələyib
# 29 fevral 2016 07:10 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Gəncə şəhərində intihar hadisəsi baş verib.

Gəncə şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, şəhər sakini, 1987-ci il təvəllüdlü Araz Həsənov yaşadığı evdə ov tüfəngindən ürəyinə atəş açaraq özünü öldürüb.

İntiharın səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR