Yıldırım: “İstanbuldakı terror aktını İŞİD törətmiş ola bilər”

Yıldırım: “İstanbuldakı terror aktını İŞİD törətmiş ola bilər”
# 29 iyun 2016 02:54 (UTC +04:00)

Bakı-APA. İstanbuldakı terror aktını İŞİD qruplaşması törətmiş ola bilər.

APA-nın məlumatına görə, bunu silsilə partlayışların törədildiyi İstanbulun “Atatürk” hava limanına gəlmiş Türkiyənin baş naziri Binəli Yıldırım deyib.

Bundan əvvəl “Reuters” agentliyi terror aktının İŞİD tərəfindən törədildiyini ehtimal edib.

Son məlumata görə, terror hücumu nəticəsində 36 nəfər ölüb, 147 nəfər yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR