ATƏT PA-nın sədri: “Dağlıq Qarabağ münaqişəsi zonasında gücdən istifadə yolverilməzdir”

ATƏT PA-nın sədri: “Dağlıq Qarabağ münaqişəsi zonasında gücdən istifadə yolverilməzdir”
# 03 may 2016 18:35 (UTC +04:00)

Bakı-APA. “Dağlıq Qarabağ münaqişəsi zonasında gücdən istifadə yolverilməzdir”. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu ATƏT PA-nın sədri İlkka Kanerva Helsinkidə Ermənistan XİN rəhbəri Edvard Nalbandyanla keçirdiyi görüşdə bildirib.

“Kanerva ATƏT PA-nın beynəlxalq vasitəçilik mandatına malik olan Minsk Qrupu həmsədrlərinin Qarabağ probleminin sülh yolu ilə nizamlanmasına və ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin missiyasının imkanlarının genişləndirilməsinə yönələn səylərini tamamilə dəstəklədiyini qeyd edib”, - deyə məlumatda bildirilir.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR