“Dəmirbank”ın müştərilərinə “Dəmir Taksit” kartı ilə sərfəli alış-veriş təklif edir

“Dəmirbank”ın müştərilərinə “Dəmir Taksit” kartı ilə sərfəli alış-veriş təklif edir
# 23 sentyabr 2015 08:37 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “DəmirBank”ın təqdim etdiyi “DəmirTaksit” kredit kartı ilə hər mövsüm alış-verişləri rahat şəkildə gerçəkləşdirmək mümkündür.

Bankdan “APA-Economics”ə verilən xəbər görə, “DəmirTaksit” kartını Azərbaycanda və eləcə də, dünyanın 200-ə qədər ölkəsində fəaliyyət göstərən ticarət və xidmət mərkəzlərində, bankomatlarda, həmçinin internetdə məhsul və xidmətin dəyərini ödəmək məqsədi ilə istifadə etmək mümkündür.

“DəmirTaksit” kartlarının üstünlüklərindən biri kartın heç bir partnyor şəbəkəsindən asılı olmamasıdır ki, bu da kart sahiblərinə POS-terminal olan istənilən ticarət və xidmət mərkəzində rahat alış-veriş etmək imkanı verir. Digər üstünlüyü isə istənilən zaman nağdlaşdırma imkanının olmasıdır.

“DəmirTaksit” kartları pulsuz təqdim edilir və kreditin rəsmiləşdirilməsi üçün komissiya haqqı tutulmur. Bununla yanaşı, müştərinin “DəmirBank”dan əldə etdiyi “DəmirTaksit” kartlarının avtomatik olaraq SMS məlumatlandırma xidmətinə heç bir xidmət haqqı tutulmadan qoşulma imkanı var. Bu xidmət sayəsində müştəri aylıq ödənişlərlə bağlı əvvəlcədən məlumat əldə edə bilir.

Ölkənin ilk kommersiya banklarından biri olan “DəmirBank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan “Avropa Yenidənqurma və İnkişaf Bankı” və “Hollandiya İnkişaf Maliyyə Şirkəti” (FMO) daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR