BDU ilə Çerkassı Milli Universiteti arasında müqavilə imzalanıb

BDU ilə Çerkassı Milli Universiteti arasında müqavilə imzalanıb
# 12 mart 2016 12:40 (UTC +04:00)

Bakı-APA. Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Ukraynanın Bogdan Xmelnitski adına Çerkassı Milli Universitetinin rektoru, professor Çerevko Aleksandr Vladimiroviçlə görüşüb. BDU-nun Mətbuat və informasiya şöbəsindən APA-ya verilən məlumata görə, rektorlar təmsil etdikləri ali məktəb haqqında danışıb, əməkdaşlıq məsələlərini müzakirə edib, bugünkü görüşün universitetlərarası əlaqələrin inkişafına təsirsiz ötüşməyəcəyinə əmin olduqlarını bildiriblər.

Görüşün və müzakirələrin nəticəsi olaraq Bakı Dövlət Universiteti ilə Bogdan Xmelnitski adına Çerkassı Milli Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Müqavilələrdə elmi tədqiqatların aparılması, müəllim, doktorant və tələbələrin mübadiləsi, təcrübə və informasiya sahəsində birgə iş, müxtəlif mövzularda konfransların, seminarların keçirilməsi və digər məsələlər nəzərdə tutulur.

İmzalanma mərasimindən sonra qonaqlar universitetin Heydər Əliyev Muzeyi, Nanoaraşdırmalar və Tədris Elektron Mərkəzi ilə tanış olublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR