Daha bir fələstinli İsrail hərbçiləri tərəfindən öldürülüb

Daha bir fələstinli İsrail hərbçiləri tərəfindən öldürülüb
# 01 fevral 2016 10:01 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. İsrail əsgərləri İordan çayının qərb sahilində təhlükəsizlik hasarını aşan fələstinlini öldürüblər.

APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu barədə İsrail Müdafiə Qüvvələrinin yaydığı məlumatda deyilir.

Bildirilir ki, fələstinli İsrail yaşayış məskəni olan Salit yaxınlığında təhlükəsizlik hasarından keçib. Əsgərlər onun qarşısını almaq istəyərkən fələstinli onlara bıçaqla xəsarət yetirməyə cəhd edib. İsrail əsgərlərindən heç biri yaralanmayıb.

Qeyd edək ki, ötən ilin oktyabrından başlayaraq bıçaqlanma, atışma və avtomobillərə hücumlar nəticəsində 26 İsrail və ABŞ vətəndaşı ölüb. İsrail qüvvələri tərəfindən isə azı 153 fələstinli öldürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR