Tehran. Süleyman Fərzəliyev. APA. İran ABŞ-a etiraz notası verib.
İran XİN-dən APA-nın Terhan bürosuna verilən məlumata görə, etiraz notası ABŞ-ın bu ölkədə maraqlarını təmsil edən İsveçrə səfirinə verilib.
Bu gün İran XİN-nə çağırılan İsveçrə səfirinə iki etiraz notası təqdim olunub.
Notanın biri Amerika Ali Məhkəməsinin İranın dondurulmuş aktivlərinin Amerika ailələrinə kompensasiya olaraq verilməsinə görədir.
İran məhkəmə qərarını iki ölkə arasında olan müqavilələr, xüsusilə 1955-ci ildə imzalanmış müqavilənin, eləcə də beynəlxalq qanunların ABŞ tərəfindən pozulması kimi qiymətləndirib.
İkinci nota isə Nyu-York yerli məhkəməsinin İranın 11 sentyabr terror hücumlarında ittiham olunmasına etirazdır. Notada İran bu kimi ittihamların əsassız olduğunu bildirib və bəyan edib ki, İranın və ya İran vətəndaşlarının bu terror hücumunda iştirakına dair heç bir dəlil, sübut və şahid yoxdur, bu kimi iddialar gülünc və beynəlxalq hüquq normalarına ziddir.
İsveçrə səfiri bildirib ki, etiraz notalarını ABŞ-ın xarici siyadət idarəsində çatdıracaq və nəticəni bildirəcək.
İran ABŞ-a nota verib
26 aprel 2016 15:10 (UTC +04:00)
Asiya
BMT: Rəfah sakinlərinin demək olar ki, yarısı evlərini tərk edib
06:58
19 may 2024
KİV: Qəzzada atəşkəslə bağlı danışıqlar dayandırılıb
06:12
19 may 2024
Türkiyədə partlayış baş verib, beşi polis olmaqla yeddi nəfər yaralanıb
05:46
19 may 2024
İsrailli nazir Benyamin Netanyahunu istefa ilə hədələyib
01:52
19 may 2024