Mahaçqala-Bakı aviareysi və Dərbənd-Bakı ekspress qatarı işə salına bilər

Mahaçqala-Bakı aviareysi və Dərbənd-Bakı ekspress qatarı işə salına bilər
# 17 may 2016 11:16 (UTC +04:00)

Bakı - APA-Economics. Dağıstanın turizm naziri Məhəmməd İsayev Azərbaycan-Rusiya sərhədində turistlərin üzləşdiyi əngəllərin aradan qaldırılması üçün tədbirlərin həyata keçirilməsi ilə bağlı göstəriş verib.

"APA-Economics" RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, nazirliyin icra aparatı bununla bağlı "yol xəritəsi" hazırlayacaq.

Bununla yanaşı, nazirin göstərişinə əsasən, Mahaçqala-Bakı aviareysinin və Dərbənd-Bakı ekspress qatarının işə salınmasının iqtisadi məqsədəuyğunluğu araşdırılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR