Əlcəzairdə iki qatarın toqquşması nəticəsində 40 nəfər yaralanıb

Əlcəzairdə iki qatarın toqquşması nəticəsində 40 nəfər yaralanıb
# 24 sentyabr 2016 22:20 (UTC +04:00)

Bakı-APA. Əlcəzairin şimalında iki qatarın toqquşması nəticəsində azı 40 nəfər yaralanıb.

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, insident Bumerdes şəhərində baş verib. Məlumata görə, qatarlar eyni istiqamətdə hərəkət ediblər. Xəsarət alanların xilas edilməsi əməliyyatı davam etdirilir. Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR