Filippində prezident seçkiləri günündə baş verən atışmada 7 nəfər ölüb

Filippində prezident seçkiləri günündə baş verən atışmada 7 nəfər ölüb
# 09 may 2016 02:56 (UTC +04:00)

Bakı-APA. Filippində prezident seçkiləri günündə baş verən atışma nəticəsində 7 nəfər ölüb, 1 nəfər yaralanıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, insident paytaxt Manila şəhəri yaxınlığında, seçki dairələrinin açılmasına bir neçə saat qalmış qeydə alınıb.

Qeyd olunur ki, ilin əvvəlindən ölkədə siyasi motivlərlə əlaqədar azı 15 nəfər həyatını itirib.

Filippində prezident kürsüsü uğrunda dörd namizəd mübarizə aparır. Rəy sorğularının nəticələrinə əsasən, seçkilərin əsas favoriti Davao şəhərinin meri Rodriqo Dutertedir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR