Sentyabrda avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə ödənişin həcmi açıqlanıb

Sentyabrda avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə ödənişin həcmi açıqlanıb
# 03 oktyabr 2016 08:14 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə – APA-Economics. 2016-cı ilin sentyabr ayı ərzində “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” (AVSMMİS) üzrə 2,8 mln. manat məbləğində sığorta ödənişi həyata keçirilib.

İcbari Sığorta Bürosundan “APA-Economics”ə verilən məlumata görə, ötən ay İcbari Sığorta Bürosunun elektron informasiya sistemində AVSMMİS üzrə Büronun iştirakçı sığorta şirkətləri tərəfindən 2 475 sığorta tələbi qeydiyyata alınıb.

Zərərin bölgüsü üzrə sığorta ödənişləri aşağıdakı kimi olub:

Ötən ay nəqliyyat vasitəsinə dəyən zərər üzrə orta sığorta ödənişi 1 112 manat təşkil edib. 2015-ci ilin sentyabr ayı ilə müqayisədə sığorta ödənişlərinin məbləğində 50 % artım müşahidə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR