Yavər Camalov Çex Respublikasının səfiri ilə görüşüb

Yavər Camalov Çex Respublikasının səfiri ilə görüşüb
# 21 yanvar 2016 09:24 (UTC +04:00)

Bakı – APA. Müdafiə sənayesi naziri Yavər Camalov Çex Respublikasının Azərbaycandakı səfiri Vitezslav Pivonka ilə görüşüb.

APA-nın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, Y. Camalov Azərbaycan və Çex Respublikası arasında müxtəlif sahələrdə inkişaf edən ikitərəfli əməkdaşlığı yüksək qiymətləndirib. O, Müdafiə Sənayesi Nazirliyinin fəaliyyəti ilə bağlı səfirə məlumat verib.

Görüş zamanı hərbi-texniki əməkdaşlıq üzrə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR