İsmət Yılmaz: “Rusiyanın regionda hərbi gücünü artırması pozulmuş balansı daha da qarışdırıb”

İsmət Yılmaz: “Rusiyanın regionda hərbi gücünü artırması pozulmuş balansı daha da qarışdırıb”
# 15 fevral 2016 15:18 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. “Dünyada 20-yə yaxın münaqişə bölgəsinin yarısından çoxu Türkiyənin olduğu coğrafiyada yerləşir”.

APA-nın “haberler.com” saytına istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin müdafiə naziri İsmət Yılmaz Türkiyə Böyük Millət Məclisində (TBMM) çıxışı zamanı deyib.

“İsrail və Fələstin arasında yarım əsrdən çoxdur həll edilməyən problem, Ermənistan-Azərbaycan münaqişəsi, Balkanlarda baş verən böhranlar, Rusiya ilə Ukrayna arasında artan gərginlik, Krımın Rusiya tərəfindən ilhaqı, İraq və Suriyada İŞİD və digər radikal terror təşkilatlarının fəaliyyəti, Yəməndə baş verən vətəndaş müharibəsi, “ərəb baharı”ndan sonra sabitliyə nail ola bilməyən Şimali Afrika, Yaxın Şərqdəki hakimiyyət boşluğu və bundan əmələ gələn təhdidlər ölkə təhlükəsizliyinin təmin edilməsi zamanı diqqətə alınmalı olan amillərdir”, - deyə nazir bildirib.

İ. Yılmaz həmçinin bildirib ki, xüsusən xarici qüvvələrin fəallaşdığı Suriya böhranı Şərqi Aralıq dənizi regionu və cənub bölgələrində vəziyyətin dəyişməsinə səbəb olub: “Bu mənada Rusiyanın 2014-cü ildən etibarən regiondakı donanmasının möhkəmlənməsi və hərbi gücünün artırması, bölgədə pozulmuş balansı daha da qarışdırıb. Bu proseslər enerji təhlükəsizliyi də daxil olmaqla, regionun təhlükəsizliyinin hərtərəfli şəkildə işlənilməsini zəruri edib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR