Lənkəranda minik avtomobili motosikletlə toqquşub, 3 nəfər xəsarət alıb

Lənkəranda minik avtomobili motosikletlə toqquşub, 3 nəfər xəsarət alıb
# 01 iyun 2016 13:14 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Lənkəran rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib. APA-nın cənub bürosunun məlumatına görə, hadisə iyunun 1-də günorta saatlarında rayonun Vel kəndi ərazisində qeydə alınıb. “Hundai” markalı, 42 BT 722 dövlət nömrə nişanlı minik avtomobilinin “Muravey” markalı motosikletlə toqquşması zamanı ikinci nəqliyyat vəsitəsinin sürücüsü və iki sərnişini, rayonun Siyavar kənd sakinləri, 1997-ci il təvəllüdlü Zahir Rəfail oğlu Zakirov, 1981-ci il təvəllüdlü Teymur Sovet oğlu Əliyev və Təhmasib Elman oğlu Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar dərhal Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Hazırda onlara müvafiq tibbi yardım göstərilir.

Qəza baş verən ərazidə isə yol polisi əməkdaşları araşdırmalara başlayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR