Mərkəzi Bank: Dollarla valyuta əməliyyatlarının həcmi üçqat azalıb

Mərkəzi Bank: Dollarla valyuta əməliyyatlarının həcmi üçqat azalıb
# 19 sentyabr 2016 14:44 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Bu ilin yanvar-iyul aylarında valyuta bazarının həcmi ötən ilin müvafiq dövrünə nisbətən kəskin azalıb.

"APA-Economics" Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə hesabat dövründə ABŞ dolları ilə valyuta əməliyyatlarının həcmi 2,7 dəfə azalıb. Başqa sözlə, bu ilin avqust ayının 1-nə ABŞ dolları ilə mübadilə əməliyyatlarının həcmi 3 mlrd. 775 mln. 812,8 min ABŞ dolları olubsa, ötən ilin eyni dövründə bu göstərici 10 mlrd. 46 mln. 893,8 min manat təşkil edib.

Bu ilin yanvar-iyul aylarında nağd xarici valyuta ilə mübadilə əməliyyatları zamanı

1 mlrd. 975 mln. 787,4 mln. ABŞ dolları satılıb ki, bu da 1 il əvvəl ilə müqayisədə 4,03 dəfə azdır. Bu ilin 7 ayında nağd xarici valyuta ilə mübadilə əməliyyatları zamanı 1 mlrd. 800 mln. 25,3 min ABŞ dolları alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,16 dəfə azdır.

Bu ilin 7 ayında avro ilə əməliyyatların həcmi isə 1,57 dəfə azalıb. Başqa sözlə, bu ilin yanvar-iyul aylarında avro ilə mübadilə əməliyyatlarının həcmi 551 mln. 584,1 min avro olubsa, ötən ilin eyni dövründə bu göstərici 865 mln. 871,3 min avro təşkil edib.

Bu ilin 7 ayında nağd xarici valyuta ilə mübadilə əməliyyatları zamanı 341 mln. 750,9 mln. avro satılıb ki, bu da 1 il əvvəl ilə müqayisədə 2,03 dəfə azdır. Bu ilin yanvar-iyul aylarında nağd xarici valyuta ilə mübadilə əməliyyatları zamanı 209 mln. 833,2 min avro alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 21,96% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR