Bu il Azərbaycana gətirilən avtomobillərin sayı 2 dəfə azalıb

Bu il Azərbaycana gətirilən avtomobillərin sayı 2 dəfə azalıb
# 21 dekabr 2015 11:37 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-noyabr aylarında Azərbaycana 25 647 ədəd avtomobil idxal olunub.

APA-Economics”in Dövlət Gömrük Komitəsinin hesabatına istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 31 157 avtomobil və 2,21 dəfə azdır.

Belə ki, ölkəyə gətirilən avtomobillərin 803 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 22 746 ədədi əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 1 871 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 227 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR