“Azercell”in Mobil Diş Klinikası indiyədək 4000 insana xidmət edib

“Azercell”in Mobil Diş Klinikası indiyədək 4000 insana xidmət edib
# 16 fevral 2016 13:52 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. “Azercell Telekom” MMC-nin Mobil Diş Klinikası qış aylarında fəaliyyətini davam etdirib.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, kimsəsiz uşaqlara, aztəminatlı ailələrə, qaçqın və məcburi köçkünlərə xidmət göstərən klinikanın həkimləri təkcə dekabr və yanvar aylarında 200 xəstəni müayinə və müalicə ediblər. Dekabr və yanvar aylarında Mobil Diş Klinikasının həkimləri, həmçinin İMSİ (İnternat məzunlarının sosial inteqrasiyası) Gənclər Birliyinin üzvləri üçün pulsuz müayinə təşkil ediblər. Klinikanın həkimləri 67 nəfəri müayinədən keçirib və lazımı tədbirlər görülüb.

Qeyd edək ki, “Azercell Telekom” MMC bu klinikanın yaradılması layihəsini “Üfüq” Xeyriyyə Cəmiyyəti ilə birlikdə həyata keçirib. Fəaliyyət göstərdiyi 6 il ərzində layihə çərçivəsində 4000-dən çox insan Mobil Diş Klinikasının həkimləri tərəfindən müayinə edilib və eyni zamanda ehtiyac olduğu təqdirdə müalicə alıblar.

Azərbaycandakı uşaq evlərinin 90%-nin ayrıca stomatoloji kabineti olmadığını nəzərə alaraq “Azercell” Mobil Diş Klinikasını ən müasir tibbi avadanlıqla təchiz edib. Yalnız Bakıda deyil, respublikadakı bütün kimsəsiz uşaqlara yardım etməyi qarşısına hədəf qoyan Mobil Diş klinikası indiyə qədər Şəki, Quba, Qusar və Balakənddə yerləşən internat məktəbi və uşaq evində, Gəncədə SOS uşaq kəndi və internat məktəbində, Lənkəranda uşaq evində, Lerik internat məktəbində, Biləsuvarda qaçqın düşərgəsində, internat məktəbində ehtiyacı olan uşaqlara xidmət göstərib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR