Sumqayıtda şirkətə məxsus avtomobillə vurulan şəxs ölüb

 Sumqayıtda şirkətə məxsus avtomobillə vurulan şəxs ölüb
# 21 dekabr 2015 10:21 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Sumqayıt şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, dekabrın 19-da Sumqayıt şəhərinin Sülh küçəsində Bakı şəhər sakini Nazim Heybətov idarə etdiyi (Azəryol Tikinti İnşaat MMC-yə məxsus) “Howo” markalı avtomobili arxaya verərkən paytaxt sakini Süleyman Cananovu vurub. Xəstəxanaya yerləşdirilmiş S.Cananov orada ölüb.

Faktla bağlı araşdırmalar aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR