STAR neft emalı zavodunun inşaat işlərinin 50%-ə yaxını görülüb

STAR neft emalı zavodunun inşaat işlərinin 50%-ə yaxını görülüb
# 21 dekabr 2015 11:41 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. SOCAR-ın Türkiyənin Petkim yarımadasında inşa etdiyi STAR neft emalı zavodunun avadanlıqlarını daşıyan ilk gəmi limana yüklərini boşaldıb.

APA-Economics”in məlumatına görə, bunu SOCAR-ın Türkiyədəki törəmə müəssisəsi olan "SOCAR Turkey Enerji" şirkətinin baş icraçı direktoru Kənan Yavuz bildirib.

Onun sözlərinə görə, artıq avadanlıqların montajına başlanılıb : "Neft emalı zavodunda işlərin 48%-ni başa çatdırmışıq. Real sektorda son 40 ilin ən böyük sərmayəsi olan zavod 2018-ci ildə istehsala başlayacaq".

O qeyd edib ki, zavodun inşasında çalışan işçilər gecə-gündüz HSE standartları ilə işləyirlər.

Qeyd edək ki, SOCAR 2008-ci ildə "Petkim Holding"in özəlləşdirilməsi ilə Türkiyədə fəaliyyətə başlayıb və burada "SOCAR Turkey" adı ilə fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR