AVRO-2016: Seçmə mərhələlərinin rekordu təkrarlanıb

AVRO-2016: Seçmə mərhələlərinin rekordu təkrarlanıb
# 12 oktyabr 2015 07:56 (UTC +04:00)

Bakı – APA. Avropa çempionatlarının seçmə mərhələlərinin rekordu təkrarlanıb. Apasport.az saytının məlumatına görə, polşalı Robert Levandovski qitə çempionatının bir seçmə mərhələsində ən çox qol vuran futbolçu adına şərik olub.

Sonuncu turun İrlandiya ilə evdəki qarşılaşmasında növbəti dəfə fərqlənən hücumçu AVRO-2016-nın seçmə oyunlarında 13-cü qolunu vurub. Robert AVRO-2008-in seçmə oyunlarında 13 qol vuran Şimali İrlandiya yığmasının üzvü David Hiliyə çatıb.

İki futbolçu isə bir mərhələdə 12 dəfə fərqlənib. Xorvatiyalı Davor Şuker AVRO-1996-da, hollandiyalı Klas Yan Huntelaar AVRO-2012-nin seçmə matçlarında bunu bacarıb.

Qeyd edək ki, AVRO-2016-nın seçmə mərhələsinin bombardirləri siyahısında Levandovskidən sonrakı yerləri 9 qolu olan almaniyalı Tomas Müller və 8 dəfə fərqlənən rusiyalı Artyom Dzyuba tutur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR