Rusiyanın Suriyaya göndərdiyi hərbi təyyarələrin növləri açıqlanıb

Rusiyanın Suriyaya göndərdiyi hərbi təyyarələrin növləri açıqlanıb
# 01 oktyabr 2015 08:17 (UTC +04:00)

APA-nın Rusiyanın “Kommersant” nəşrinə istinadən verdiyi məlumata görə, Suriyanın Latakiya bölkəsində yerləşən Hmeymim aerodromunda Su-24M, Su-34, Su-25SM və Su-30SM hərbi təyyarələrindən, habelə Mi-24 və Mi-8 helikopterlərdən ibarət qarışıq aviaqrup formalaşdırılıb.

Qeyri-rəsmi məlumata əsasən, hərbi təyyarə və helikopterlər Latakiyaya “Mərkəz-2015” hərbi təlimlərinin keçirildiyi vaxt göndərilib. Dörd Su-30SM qırıcı Çita vilayətindən Mozdoka, oradan isə İl-76 hərbi-nəqliyyat təyyarəsinin müşahidəsi ilə Azərbaycan, İran və İraq hava məkanını keçməklə, Latakiyaya uçub. Altı Su-34 isə Azərbaycanın hava məkanına daxil olmamaqla, Xəzər dənizi, İran və İraq üzərindən Suriyaya çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR