Terror aktları törətmək məqsədilə Türkiyəyə keçən 4 İŞİD üzvü axtarılır - VİDEO

Terror aktları törətmək məqsədilə Türkiyəyə keçən 4 İŞİD üzvü axtarılır - <span style="color: red;">VİDEO
# 24 oktyabr 2015 03:54 (UTC +04:00)

Bakı-APA. Türkiyə güc strukturları irimiqyaslı terror aktları törətmək məqsədi ilə ölkəyə 4 İŞİD üzvü, 3 kişi və 1 qadının Suriyadan daxil olduğunu bəyan edib.

APA-nın NTV-yə istinadən verdiyi məlumata görə, həmin şəxslər təyyarə və ya gəmi qaçırmaq, yaxud nümayişlər zamanı partlayışlar törətməyə dair təlimatlandırılıblar.

Saxta pasportlardan istifadə edən terroristlərin fotoşəkilləri artıq kütləvi informasiya vasitələrinə paylanıb. Onlardan 3-ü Türkiyə, 1 isə Qazaxıstanda doğulmuş Almaniya vətəndaşıdır.

Qeyd edək ki, axtarışda olanlar arasında Ankarada baş vermiş terror aktında adı keçən Ömer Deniz Dündar da var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR