Qəzzadan İsrail ərazisinə raket atılıb

Qəzzadan İsrail ərazisinə raket atılıb
# 21 oktyabr 2015 19:04 (UTC +04:00)

Bakı-APA. Bu gün Qəzza zolağından atılan raket İsrailin cənub bölgəsində partlayıb.

APA-nın məlumatına görə, bu barədə “Haaretz” yazır.

Hadisə nəticəsində zərərçəkən olmayıb. Dağıntılar barədə məlumat verilmir.

Qeyd edək ki, bundan əvvəl İordan çayının Qərb sahilində HƏMAS hərəkatının liderlərindən biri həbs edilib. Həsən Yusif İsrail hərbçilərinin həyata keçirdiyi xüsusi əməliyyat nəticəsində tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR