Almaniyada münaqişələrin həllinə həsr olunmuş seminar keçiriləcək

Almaniyada münaqişələrin həllinə həsr olunmuş seminar keçiriləcək
# 12 aprel 2016 16:20 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Aprelin 15-17-də Almaniyada ATƏT-in Parlament Assambleyası çərçivəsində münaqişələrin həllinə həsr olunmuş seminar keçiriləcək.

Seminarda iştirak edəcək Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri, Milli Məclisin sədr müavini Bahar Muradova APA-ya bildirib ki, tədbir bu il ATƏT-ə sədrliyi həyata keçirən Almaniyanın təşkilatçılığı ilə təşkil edilir: “Almaniya ATƏT regionundakı münaqişələrin həllinə töhfə vermək istəyir. Bu, ATƏT PA-nın digər tədbirlərindən fərqlənir. Burada məruzələrə olacaq və tədbir dinləmə xarakteri daşıyacaq. Biz Ermənistanın Azərbaycana qarşı növbəti təxribatı nəticəsində baş verən gərginliklə bağlı dolğun məlumat verəcəyik".

Seminara Almaniya, Azərbaycan, Rusiya, Fransa, İtaliya, Gürcüstan, Ermənistan, Bolqarıstan, Albaniya, Avstriya, Finlandiya, Litva və Moldova nümayəndə heyətləri qatılacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR