"Qala Həyat"a rəhbər təyin olunub

"Qala Həyat"a rəhbər təyin olunub
# 03 iyun 2016 13:38 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. "Qala Həyat" sığorta şirkətinin İdarə Heyəti sədri vəzifəsini müvəqqəti icra edən şəxsin adı açıqlanıb.

"APA-Economics" xəbər verir ki, bu vəzifə Nicat Hüseynova həvalə olunub. N. Hüseynov 2008-ci ildən şirkətin İdarə Heyətinin üzvü, baş mühasibi kimi çalışıb.

Bundan başqa, Firdovsi Qasımov şirkətin İdarə Heyətindən uzaqlaşdırılıb.

Eyni zamanda şirkətin yeni baş mühasibi vəzifəsini müvəqqəti olaraq Kəmalə Əliyeva icra edəcək.

Qeyd edək ki, N. Hüseynova qədər şirkətin İdarə Heyətinin sədri Əsgər Ələkbərov olub. O, prezident İlham Əliyevin müvafiq sərəncamı ilə "İçərişəhər" tarixi-memarlıq qoruğunun direktoru təyin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR