Paris Kreditorlar Klubu Kubanın borcundan 4 mlrd dolları silib

Paris Kreditorlar Klubu Kubanın borcundan 4 mlrd dolları silib
# 13 dekabr 2015 02:48 (UTC +04:00)

Bakı-APA. Paris Kreditorlar Klubu Kubanın borcundan 4 mlrd dollar hissəsini silib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Le parisien” nəşri məlumat yayıb.

Məlumata görə, bu barədə Fransanın maliyyə naziri Mişel Sapen bildirib.

“Kubanın borcunun silinməsinə dair əldə olunan saziş 1980-ci ildən bu vaxtadək toplanmış faizlərlə bağlı məsələni həll etməyə imkan verəcək”, deyə Sapen bildirib.

Qeyd edək ki, razılaşma Kubanın borcunun qalan 2,6 mlrd dollar hissəsini 18 il ərzində ödənilməsini nəzərdə tutur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR