Pyotr Poroşenko soyqırımı ilə bağlı yaratdığı Təşkilat Komitəsinə UMA və BUAK rəhbərini daxil edib

Pyotr Poroşenko soyqırımı ilə bağlı yaratdığı Təşkilat Komitəsinə UMA və BUAK rəhbərini daxil edib
# 08 iyul 2016 18:16 (UTC +04:00)

Bakı. Mübariz Aslanov-APA. Ukrayna prezidenti Pyotr Poroşenko İkinci Dünya müharibəsi zamanı faşistlər tərəfindən törədilən Babiy Yar qırğının 75 illiyi münasibəti ilə yaratdığı Təşkilat Komitəsinə ölkədəki Millətlər Assambleyasının rəhbəri, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyevi də daxil edib.

APA-nın məlumatına görə, Ukrayna prezidentinin rəsmi saytına istinadən verilən məlumata görə, bununla bağlı prezidentin iyulun 2-də imzaladığı sərəncama əsasən Təşkilat Komitəsinin rəhbəri baş nazir Vladimir Qroysman təyin edilib.

TK-ya ölkənin tanınmış siyasətçilərindən və ictimai xadimlərindən ibarət 64 üzv seçilib ki, bunlar arasında Rövşən Tağıyev də var. Təşkilat komitəsi bu faciəni araşdıracaq və əldə olunan nəticəni hüquqi qiymət verilməsi üçün ölkə qanunverici orqanına, o cümlədən beynəlxalq təşkilatlara göndərəcək. Babiy Yar hadisəsi 1941-ci il sentyabrın 29-da Kiyev yaxınlığındakı eyni adlı ərazidə baş verib. Nasistlər burada 100 mindən çox yəhudi, qaraçı və ruhi xəstəni edam ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR