İqbal Ağazadənin “Qapı-qapı təbliğat kampaniyası” davam edir

İqbal Ağazadənin “Qapı-qapı təbliğat kampaniyası” davam edir
# 06 iyun 2016 08:28 (UTC +04:00)

90 saylı Ağdaş seçki dairəsindən Milli Məclisə təkrar seçkilərdə namizəd İqbal Ağazadənin seçki qərargahı “Qapı-qapı təbliğat kampaniyasını” uğurla davam etdirir.

Seçki qərargahının məlumatında bildirilir ki, iyunun 4-də qərargah üzvləri Ağdaş rayonunun Pirkəkə və Cüvə kəndlərində, iyunun 5-də Korarx, Şəkili kəndlərində kampaniya aparıblar. Sakinlərlə görüşən qərargah üzvləri seçicilərə təbliğat materialları paylayıb, namizədlə bağlı əlavə məlumatlar verib, seçiciləri 18 iyunda səsvermədə iştirak etməyə və İqbal Ağazadəyə səs verməyə çağırıblar. Seçicilər qərargah üzvlərini mehribanlıqla qarşılayaraq İqbal Ağazadəni tanıdıqlarını, parlament fəaliyyətindən xəbərdar olduqları üçün ona səs verəcəklərini bildiriblər: “Artıq seçicilər arasında təbliğat kampaniyasına çoxlu sayda könüllü qoşulan var. Namizəd hər gün yüzlərlə seçici ilə mobil telefon vasitəsi ilə əlaqə saxlayır, seçicilər qrup və fərdi qaydada İqbal Ağazadə ilə görüşərək ona dəstək ifadə edirlər. İqbal Ağazadəyə dəstək ifadə edənlər arasında müxtəlif təbəqənin nümayəndələri var. Sakinlər kəndlərdə və rayonda olan əsas problemlərlə bağlı da qərargah üzvlərini məlumatlandırıb. Bəlli olub ki, hakimiyyət namizədi Cavid Osmanov birinci müavin olduğu müddətdə bu kəndlərin problemləri həll edilməyib. Pirkəkə kəndinə qaz xətti çəkilsə də, indiyədək təbii qaz verilməyib. İşsizlik, içməli su problemi var, yollar bərbaddır. Bəzi seçicilər isə ümumiyyətlə Cavid Osmanovu tanımadıqlarını bildiriblər”.

İ.Ağazadənin “Qapı-qapı təbliğat kampaniyası” və namizədin seçicilərlə görüşü davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR