Yaponiyada parlamentin yuxarı palatasına seçkilərdə hakim koalisiya qalib gəlir - YENİLƏNİB

Yaponiyada parlamentin yuxarı palatasına seçkilərdə hakim koalisiya qalib gəlir - <span style="color: red;">YENİLƏNİB
# 10 iyul 2016 13:33 (UTC +04:00)

Bakı-APA. Bu gün Yaponiyada parlamentin yuxarı palatasına (Məsləhətçilər Palatası) keçirilən seçkilərdə baş nazir Sindzo Abenin rəhbərlik etdiyi və tərkibinə Liberal-Demokrat və “Yeni Komeyto” partiyalarının daxil olduğu hakim koalisiya qalib gəlir.

APA-nın NHK telekanalına istinadən verdiyi məlumata görə, “exit-poll”un nəticələri bunu ortaya qoyub.

Səsvermə yerli vaxtla saat 07.00-da (Bakı vaxtı ilə saat 02.00) başlayıb. Seçkilərin başa çatmasına 2 saat qalmış seçici fəallığı 32,49 faiz olub.

Yaponiya parlamentinin yuxarı palatasının 242 üzvü var və onların yarısı hər 3 ildən bir yenidən seçilməklə, 6 il müddətinə seçilirlər. Hazırkı seçkilərdə 389 namizəd 121 yer uğrunda mübarizə aparır.

***

saat 11.28

Bakı-APA. Bu gün Yaponiyada parlamentin yuxarı palatasına (Məsləhətçilər Palatası) seçki keçirilir.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, Yaponiya parlamentinin yuxarı palatasının 242 üzvü var və onların yarısı hər 3 ildən bir yenidən seçilməklə, 6 il müddətinə seçilirlər.

Bu seçkilərdə son 70 ildə ilk dəfə seçicilər üçün yaş məhdudiyyəti 20 yaşdan 18 yaşa endirilib və bununla da seçicilərin sayı 2,4 milyon nəfər artıb.

Hazırkı seçkilərdə 389 namizəd mübarizə aparır. Tərkibinə Liberal-Demokrat və “Yeni Komeyto” partiyalarının daxil olduğu hakim koalisiya parlamentin yuxarı palatasında tək çoxluğu saxlamaq yox, Konstitusiyaya dəyişikliklə bağlı qanun layihəsinin maneəsiz qəbulu üçün yerlərin 2/3-nə sahib olmağı qarşısına məqsəd qoyub.

Yerli vaxtla saat 14:00-a (Bakı vaxtı ilə 09:00) qədər seçici fəallığı 22,54 faiz olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR