Gürcü tarixçi: “Ermənilər Abxaziyanın yerli sakinləri olduqlarını iddia edirlər”

Gürcü tarixçi: “Ermənilər Abxaziyanın yerli sakinləri olduqlarını iddia edirlər”
# 19 may 2016 08:13 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə - APA. “Ermənilərin Dağlıq Qarabağda yaratdığı “Krunk” təşkilatının Abxaziyadan milli-mədəni muxtariyyət tələb etməsi abxazların narazılığına səbəb olub”.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu Suxumi Dövlət Universitetinin professoru, tarix elmləri doktoru Quram Marxuliya deyib. Onun sözlərinə görə, Abxaziyada yaşayan ermənilər “Krunk” təşkilatı vasitəsi ilə Qulrıpş, Oçamçire, Tkuarçal bölgələrində muxtariyyət yaratmaq istəyirlər: “Ermənilər Abxaziyada çoxluq təşkil etdiklərimi iddia edərək, onlara sovetlər dönəmində olduğu kimi, indi də kilsə, məktəb, teatr və mədəni mərkəzlər tikməyə icazə verilmədiyini bildiriblər. Onlar Abxaziyanın yerli sakinləri olduqlarını deyirlər. Ermənilər qondarma Abxaziyada da tarixi saxtalaşdırmaqla məşğuldurlar. Abxaziyada vəziyyət gərginləşməyə doğru gedir. Hamıya məlumdur ki, ermənilər tarixən hər bir coğrafi məkanda özlərinə “ərazilər” əldə edərək “dövlət” yaratmağı öyrəşiblər. Onlar Türkiyədən torpaq umur, Gürcüstanın tarixi Lori bölgəsini alıblar, Azərbaycanın Dağlıq Qarabağ bölgəsini işğal edərək tanınmamış “dövlət” yaratmağa çalışırlar. İndi separatçı ermənilərin Abxaziyadan muxtariyyət tələb etməsi çox böyük siyasi məsələdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR