® “Aya 20 manat, illik 240 manata İllik Check up”

<font color=red>® </font>“Aya 20 manat, illik 240 manata İllik Check up”
# 01 fevral 2016 09:00 (UTC +04:00)

Təbriz Mehr klinikasının rəhbəri Doktor Seyid Məhəmməd Moeinifərdin müsahibəsini sizə təqdim edirik

- Xoş gördük Sizi Doktor Seyid Məhəmməd bəy. Təbriz Mehr klinikası olaraq yeni bir paketini mövcud və yeni müştərilərə təqdim edirsiniz. Bu haqda geniş məlumat vermənizi istərdik.

- Ilk öncə bütün oxucularımıza saglamliq istərdim. Məlum Cənab Prezidentin sahibkarlara dəstək çıxışından artıq hərkəsə məlum oldu ki, dövlətimizdə bütün sahibkarlar bu çətin günlərdə, keçid dövrümüzdə üzərlərinə düşən məsuliyyəti dərk etməlidir və öz sahəsində xalqımıza yüksək xidmət göstərməlidir. Bu da həmçinin bizə agahdır ki, atalar demiş, tək əldən səs çıxmaz. Biz də öz növbəmizdə cənab prezidentin buyurduğu kimi təmsil etdiyimiz səhiyyə sahəsində öz töhfəmizi verməyə səy göstəririk. Belə ki, qısa zamanda aldığımız qərara bağlı “Vəfadar Müştərilər Klubu “ paketi çərçivəsində illik check up təklifi hazırladıq. Bu paketin mahiyyəti, ölkəmizdə yaşayan hər bir vətəndaş sadəcə 240 AZN ödəyərək illik check up-dan yararlana bilər. Aylıq olaraq bu məbləği düşünsək, sadəcə 20 AZN edir. Bununla biz klinikalar arasında ilk bahalılıq streotipini müştərilər tərəfindən sındırmış oluruq. Öz növbəsində, insanlarımızın məhz xəstə olduğu dövrdə deyil, sağlamkən də paketdən yararlanmasını düşündük.

- Bu Vəfadar Müştərilər Klubu paketi hərkəsə şamil olunurmu?

- Tam məqamında verilən bu suala cavabımız, bəli, hərkəsə şamil olmasıdır. Böyükdən kiçiyə, xəstəsindən sağlam insanına kimi hərkəs bu təklif paketindən yararlana bilər. Heçkim maddi vəziyyət səbəbindən klinikamızda müayinələrdən çəkinməsin. Əslində əsas məqsədimiz də buna xidmət edir.

- Bir ailə düşünsək bu paket bütün ailəyə şamil olunur yoxsa ailənin hər bir üzvünə?

- Bildirək ki, “Vəfadar Müştərilər Klubu” paketimiz hər bir ailə üzvünə, yəni tək tək şəxsə şamil olunur.

- Yaş məhdudiyyəti varmı?

- Əsla, heç bir yaş məhdudiyyəti yoxdur. Mövcud şərtlərlə bütün yaş kateqoriyasında olan hərkəs bu paketdən yararlana bilər. Məhdudiyyətimiz sadəcə məlum telefon nömrəmizə öncədən zəng olunması və bir də öz həkimlərimiz tərəfindən müraciət edən şəxsə analizlərin və diagnostik prosedurlarin yazilmasidir.

- Paket daxilində hansı tibbi müayinələr nəzərdə tutulub?

- Klinikamızda mövcud bütün şöbələrdəki xidmətlər paketimizdə əks olunur. Müraciət edən xəstəmiz fizioterapiyaya müraciət edirsə və əgər ki, eyni zamanda labaratoriyada da analiz verməlidirsə bu mütləq tərəfimizdən yerinə yetirilir. Onu da xatırladım ki, çoxlarına da məlumdur, labaratoriyada analizlər hər zaman baha olursa, biz bunu ödənişsiz gerçəkləşdiririk. Qısacası, fəaliyyət göstərən bütün şöbələrdən yararlanmaq mümkündür.

- Bir müayinədən təkrar istifadə mümkündürmü və bu hansı hallarda baş verir?

- Bəli, mümkündür. Tutaq ki, kardiologiya bölməmizə müraciət edən xəstəmiz həkim tərəfindən qoyulan diaqnoza əsasən hər ay gəlməlidirsə, hətta hər iki həftədən bir müayinədən keçməlidirsə, təkrarən klinikamıza gələ bilər.

- Aydındır ki, klinika dediyimizdə ağla ilk gələn check up-dır ki, bu paketdə ona da yer ayırmısınızmı?

- Bu məhz özlüyündə bir check up paketidir, sadəcə digərlərindən fərqli olaraq illik check up-dır.

- Müayinələr yerli həkimlər yoxsa iranlı həkimlər tərəfindən gerçəkləşdirilir?

- Müayinələr həm yerli həm iranlı həkimlər tərəfindən həyata keçirilir. Bu xüsüsda da, biz topladığımız təcrübədən yola çıxaraq, bu qərarı verdik. İnsanlarımızın iranlı həkimlərə etibar etməsi və bunun getdikcə artması bizi sevindirən və işimizə olan inamı artıran amillərdəndir.

- Paketin müddəti nə qədərdir?

- “Vəfadar Müştərilər Klubu” paketimiz, müraciət edən şəxsin qeydiyyat günündən ta ki 1 il tamamına qədər olan müddəti əhatə edir. Bu bir il ərzində də istənilən vaxtı müraciət etmək mümkündür.

- Hansı hallarda cəmiyyətimizdə fəaliyyət göstərən bir sıra bankların müştərilənə təklif etdiyi kart sahibləri bu paketdən yararlana bilər?

- Bütün bank kart sahibləri bu paketdən yararlana bilər, eyni zamanda bir sıra kredit şəklində ödəməli kartlardan da klinikamızda müştərilər tərəfindən istifadə edilə bilər.

- Banklardan söz düşmüşkən, istər dövlət istərsə də özəl qurumlara da bu paket şamil olunurmu?

- 2012-ci ildən fəaliyyət göstərən Təbriz Mehr klinikası olaraq, 3 ildən çoxdur ki, korporativ şəkildə də adını çəkdiyiniz qurumlara da xidmət göstəririk. Əlbəttə ki, bu qurumlar da bu paketimizdən yararlana bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR