Sabah Azərbaycanda havanın temperaturu 25 dərəcəyə çatacaq

Sabah Azərbaycanda havanın temperaturu 25 dərəcəyə çatacaq
# 18 aprel 2016 10:14 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Aprelin 19-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi arabir tutulacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, axşama doğru havanın tutulacağı, yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 10-13, gündüz 18-23 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında əsasən, yağmursuz olacağı, lakin axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 8-13, gündüz 20-25, dağlarda gecə 2-7, gündüz 13-18 dərəcə isti olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR