Sumqayıtda sərnişin avtobusu yük maşını ilə toqquşub, xəsarət alanlar var

Sumqayıtda sərnişin avtobusu yük maşını ilə toqquşub, xəsarət alanlar var
# 18 aprel 2016 10:15 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Sumqayıtda avtobus qəzası baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Sumqayıt şəhərində şəhər sakini Valeh Vəliyevin idarə etdiyi “Hyundai” markalı avtobus Qobustan rayon sakini Elman Əhmədovun idarə etdiyi “KamAZ” markalı avtomobillə toqquşub. Nəticədə avtobus aşıb, “KamAZ” markalı avtomobil Abşeron rayon sakini Adil Cəlladovun idarə etdiyi “VAZ-21214” markalı avtomobilə dəyib. V.Vəliyevin 3 sərnişini xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR