Bu il Azərbaycanda dövlət hesabına 10 nəfərə sümük iliyi transplantasiyası əməliyyatı keçirilib

Bu il Azərbaycanda dövlət hesabına 10 nəfərə sümük iliyi transplantasiyası əməliyyatı keçirilib
# 01 avqust 2016 08:38 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Hazırda Respublika Talassemiya Mərkəzində Mərkəzdə dispanser qeydiyyatında 2729 xəstə var ki, onlarda müvafiq qaydada dövlət hesabına müalicələrini davam etdirir. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, 2016-cı ilin 1-ci yarımilliyi ərzində Respublika Talassemiya Mərkəzinə müraciətlərin sayı 11802 olub. Onlardan 1630-u ilkin müraciətdir. Dispanser qeydiyyata alınanların sayı 142 nəfərdir.

Mərkəzin gündüz stasionarında dispanser qeydiyyatda olan xəstələrdən 976 nəfərinə mütəmadi olaraq eritrositar kütlə köçürülür. Eyni zamanda Mərkəzin Hemotoloji şöbəsində cari ilin ilk 6 ayı ərzində 262 xəstə stasionar müalicə alıb və bütün lazımi dərman preparatları ilə təmin olunub.

2014-cü ildən fəaliyyətə başlayan Sümük İliyi Transplantasiya şöbəsində ötən 6 ay ərzində 10 xəstəyə sümük iliyi transplantasiyası əməliyyatı uğurla icra olunub. 2014-cü ildən indiyədək bu xəstəlikdən əziyyət çəkən 35 xəstəyə dövlət vəsaiti hesabına uğurla sümük iliyi transplantasiyası əməliyyatı keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR