Rio-2016: Bədii gimnast Marina Durunda finala vəsiqə qazanıb

 <span style="color: red;">Rio-2016:  Bədii gimnast Marina Durunda finala vəsiqə qazanıb
# 19 avqust 2016 23:28 (UTC +04:00)

Bakı-APA. Bu gün Rio-2016-da bədii gimnastika yarışlarına start verilib.

Apasport.az saytının məlumatına görə, Azərbaycanı Braziliyada Marina Durunda təmsil edib.

Olimpiadada debüt edən gimnastımız çoxnövçülük yarışında mübarizə aparır. Avropa Oyunlarının gümüş medalçısı bu gün başlayan təsnifat mərhələsində finala vəsiqə qazanıb.

Durunda yarışa həlqə ilə hərəkətlə başlayıb. Xalçaya 3-cü çıxan gimnastımız hakimlərdən 17,466 xal alıb. O, ikinci hərəkətində topla bacarığını nümayış etdirib. Marinanın bu çıxışı da eyni xalla qiymətləndirilib. Üçüncü cəhdində gürzlə hərəkətlər nümayiş etdirən təmsilçimiz bu dəfə 17.683 xal toplayıb. Sonuncu hərəkətdə lentlə bacarıqlarını göstərən Durunda bu dəfə isə 17.733 xal toplayıb.

Bu nəticələrdən sonra ümumilikdə 70.348 xal toplayan təmsilçimiz 8-ci sırada qərarlaşaraq finala yüksəlməyi təmin edib.

Qeyd edək ki, 10 nəfərin iştirakı ilə keçiriləcək final mərhələsi isə sabah olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR