Bakı. Fərid Mirzəyev - APA. Türkiyənin Qaziantep rayonunun Şehitkamil qəsəbəsindəki boş sahəyə “RQ-7 Shadow” pilotsuz uçuş aparatı düşüb.
APA-nın “Milliyət”ə itinadən verdiyi xəbərə görə, pilotsuz uçuş aparatının düşdüyü ərazi təhlükəsizlik tədbirləri ilə əlaqədar olaraq hərbçilər tərəfindən mühasirəyə alınıb.
Hadisə ilə bağlı araşdırma aparılır.
Kəşfiyyat məqsədi ilə istifadə edilən “RQ-7 Shadow” pilotsuz uçuş aparatının ABŞ-a məxsus olduğu ehtimal edilir.