Sabirabad sakini ayağından güllələnib - YENİLƏNİB

Sabirabad sakini ayağından güllələnib  - <span style="color: red;">YENİLƏNİB
# 12 yanvar 2016 15:15 (UTC +04:00)

Sabirabad. Əlibəy Zeynallı - APA. Sabirabad rayon sakini ov tüfəngindən açılan atəş nəticəsində xəsarət alıb.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün rayonun Osmanli kəndində qeydə alınıb.

Şıxsalahlı kənd sakini, 1991-ci il təvəllüdlü Məmmədli Nemət Əbülfəz oğlu bud nahiyəsinin çoxsaylı qırma yaraları xəsarəti ilə Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.

Onun üzərində cərrahiyyə əməliyyatı aparılıb.

Hadisənin hansı şəraitdə baş verdiyi məlum deyil. Faktla bağlı araşdırma aparılır.

***

17.06

Sabirabad. Əlibəy Zeynallı - APA. Sabirabad rayon sakini ov tüfəngindən açılan atəş nəticəsində xəsarət alıb.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün rayonun Osmanli kəndində qeydə alınıb.

Kənd sakini olan cavan oğlan ayağından güllə yarası xəsarəti ilə Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.

Hazırda onun üzərində cərrahiyyə əməliyyatı aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR