AVRO-2016: Almaniya yığmasının ilkin heyəti açıqlanıb

AVRO-2016: Almaniya yığmasının ilkin heyəti  açıqlanıb
# 25 yanvar 2016 13:42 (UTC +04:00)

Bakı - APA. Almaniya yığmasının bu il Fransada keçiriləcək Avropa çempionatının final mərhələsi üçün ilkin heyəti açıqlanıb. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, baş məşqçi Yoahim Löv 31 oyunçudan ibarət siyahı açıqlayıb.

Siyahıda ən çox futbolçu ilə təmsil olunan komanda Dortmund “Borussiya”sıdı. Bu klubun 5 üzvü ilkin heyətə daxil edilib. Bundesliqa təmsilçilərindən “Bavariya”nın 4, “Bayer”lə “Volfsburq”un isə 3 futbolçusu qitə birinciliyinə yollanmaq imkanı əldə edib.

31 oyunçudan 11-i legioner həyatı yaşayır. Onlardan 3-ü İspaniya, İngiltərə, 2-si İtaliya, Türkiyə və 1-i Fransada çıxış edir.

Almaniya yığmasının ilkin heyəti:

Qapıçılar: Bern Leno (“Bayer”), Manuel Noyer (“Bavariya”), Mark-Andre ter Ştegen (“Barselona”, İspaniya), Kevin Trapp (PSJ, Fransa), Ron-Robert Ziler (“Hannover”)

Müdafiəçilər: Jerom Boatenq (“Bavariya”), Erik Durm, Mattias Ginter, Mats Hummels (hamısı “Borussiya”, Dortmund), Əmrə Can (“Liverpul”, İngiltərə), Conas Ektor (“Köln”), Benedikt Hövedes (“Şalke”), Şkodran Mustafi (“Valensiya”, İspaniya), Antonio Rudiger (“Roma”, İtaliya)

Yarımmüdafiəçilər: Bastian Şvaynştayger (“Mançester Yunayted”, İngiltərə), İlkay Gündoğan, Marko Roys (hər ikisi “Borussiya”, Dortmund), Mario Getze (“Bavariya”), Məsut Özil (“Arsenal”, İngiltərə), Kristof Kramer, Kərim Bellarabi (hər ikisi “Bayer”), Toni Kroos (“Real”, İspaniya), Yulian Draksler (“Volfsburq”), Sami Kedira (“Yuventus”, İtaliya), Sebastian Rudi (“Hoffenhaym”)

Hücumçular: Tomas Müller (“Bavariya”), Maks Kruz, Andre Şürrle (hər ikisi “Volfsburq”), Mario Qomes (“Beşiktaş”, Türkiyə), Lukas Podolski (“Qalatasaray”, Türkiyə), Kevin Volland (“Hoffenhaym”).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR