AŞNK sədri: "Azərbaycan dinlərarası və mədəniyyətlərarası dialoq sahəsində uğurlar əldə edib"

AŞNK sədri: "Azərbaycan dinlərarası və mədəniyyətlərarası dialoq sahəsində uğurlar əldə edib"
# 25 yanvar 2016 16:10 (UTC +04:00)

Strasburq. Fuad Qulubəyli - APA. Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının ilk plenar iclasında Bolqarıstanın Avropa Şurası Nazirlər Komitəsinə (AŞNK) sədrliyi çərçivəsində bu ölkənin xarici işlər naziri Daniel Mitov sədrlik etdiyi qurumun fəaliyyəti barədə Assambleya üzvləri qarşısında hesabatla çıxış edib.

APA-nın Avropa müxbiri xəbər verir ki, bolqarıstanlı nazir AŞNK daxilində Azərbaycanda insan hüquqları və demokratiya məsələlərinin müzakirə edildiyini bildirərək, ölkədə jurnalistlərə və QHT üzvlərinə münasibətdə problemlərin olduğunu deyib.

Eyni zamanda, NK sədri ölkədə bəzi sahələrdə irəliləyişlərin olduğunu da vurğulayaraq, Azərbaycanın dinlərarası və mədəniyyətlərarası dialoq sahəsində uğurlar əldə etdiyini, bu işə töhfələr verdiyini açıqlayıb.

Nazir NK-ın bundan sonra da Azərbaycana problemli sahələrdə yardım etməyə davam etdirəcəklərini bildirib, 2014-cü ildə Azərbaycanla Avropa Şurası arasında təstiqlənmiş iki illik Fəaliyyət Planından irəli gələn müddəalarının həyata keçirilməsinin vacibliyini dilə gətirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR