Nazarbayev Rusiya və Türkiyəni birgə araşdırıcı komissiyanın yaradılmasına çağırıb

Nazarbayev Rusiya və Türkiyəni birgə araşdırıcı komissiyanın yaradılmasına çağırıb
# 30 noyabr 2015 18:32 (UTC +04:00)

Bakı-APA. Qazaxıstan prezidenti Nursultan Nazarbayev Su-24 təyyarəsi ilə bağlı insidentlə əlaqədar birgə komissiyanın yaradılmasına çağırıb.

APA-nın məlumatına görə, bu barədə RİA "Novosti" xəbər verib.

“Nə qədər çətin olsa da, hesab edirəm ki, birgə araşdırıcı komissiya yaradılmalı, araşdırma aparılmalı, günahkarlar müəyyən edilərək cəzalandırılmalıdır, səhvlər etiraf, münasibətlər isə bərpa edilməlidir. Mən Rusiya və Türkiyədəki dostları buna çağırıram”, deyə N.Nazarbayev bildirib.

Qazaxıstan prezidenti qeyd edib ki, o, baş nazir S.Dəmirəl və prezident B.Yeltsinin vaxtından uzun illər Rusiya və Türkiyənin mövqelərini yaxınlaşdırmaq üçün çalışıb. “İndi isə bu səylər boşa çıxa bilər”, deyə N.Nazarbayev vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR