Fransa səfiri: “Biz ümid edirik ki, Azərbaycan və Ermənistan gərginliyi azaltmaq üçün əlindən gələni edəcək”

Fransa səfiri: “Biz ümid edirik ki, Azərbaycan və Ermənistan gərginliyi azaltmaq üçün əlindən gələni edəcək”
# 16 sentyabr 2015 07:26 (UTC +04:00)

APA-nın xəbərinə görə, bu sözləri Fransanın Azərbaycandakı səfiri Paskal Mönye cəbhə xəttində artan gərginliklə bağlı APA-nın sualını cavablandırarkən deyib. O qeyd edib ki, təmas xəttində gərginliyin artması hər iki tərəfdən insanların ölməsi ilə nəticələnir: “Bu yaxınlarda Azərbaycanda insanlarla müzakirələr aparmışam və deyiblər ki, yüz illər boyu ermənilər və azərbaycanlılar sülh içində yaşayıblar. Bir çox insan bunun yenidən gündəmə gələcəyini ümid edir. Bu, həmçinin, xarici faktorlardan asılıdır”.

Səfir Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında mümkün görüş məsələsinə də münasibət bildirib: “Mən bu barədə oxumuşam. Bilirəm ki, həmsədrlər xarici işlər nazirlərinin Nyu Yorkda görüşü üzərində çalışırlar. Burda əsas məqsəd əlbəttə ki, Ermənistan və Azərbaycana Dağlıq Qarabağ münaqişəsində sülhə nail olunması istiqamətində yardım göstərməkdən ibarətdir”.

Avropada baş verən miqrant böhranına toxunan P. Mönye iqtisadi problemlər müşahidə olunduğu üçün bu cür miqrant dalğası ilə üzləşməyin çətinlik yaratdığını söyləyib: “Eyni zamanda bu insanlar ümidsiz vəziyyətdədirlər və biz onları köməksiz qoya bilmərik. Problem bu yükü necə bölüşdürmək lazım olduğunu bilməkdir. Bəzi ölkələr var ki, onların üzərinə daha çox yük düşür. Avrokomissiyada da ədalətli həll yolu tapmaq üçün bu istiqamətdə müzakirələr aparılır”.

Səfirin sözlərinə görə, böhranla əlaqədar əsasən həmin insanları pul qarşılığında bu cür şərtlər altında Avropaya gətirənləri mühakimə etmək lazımdır: “Bu problemləri onun mənbəyində həll etməliyik. Əgər problemin mənbəyində həll tapılmasa, o zaman bu, davam edəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR