Kanadada meşə yanğınları ilə əlaqədar əhali təxliyə edilir

Kanadada meşə yanğınları ilə əlaqədar əhali təxliyə edilir
# 22 avqust 2016 23:18 (UTC +04:00)

Bakı-APA. Kanadanın Britaniya Kolumbiyası əyalətində baş verən şiddətli meşə yanğınları ilə əlaqədar yerli əhali təxliyə edilir.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, Vest Kelouna şəhərində 156 yaşayış evinin sakinləri evlərini tərk etmək məcburiyyətində qalıb.

Ötən sutka ərzində yanğınların sahəsi 25 hektara qədər artıb. Güclü külək vəziyyəti daha da ağırlaşdırır.

Qeyd edək ki, Vest Kelouna Britaniya Kolumbiyası əyalətinin ən iri Vankuver şəhərindən 380 km qərbdə yerləşir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR