Qaradağ rayonunda iki avtomobil toqquşub, ölən və yaralananlar var

Qaradağ rayonunda iki avtomobil toqquşub, ölən və yaralananlar var
# 14 sentyabr 2015 12:00 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakının Qaradağ rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Qaradağ rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, sentyabrın 13-də rayonun Müşfiqabad qəsəbəsində Masazır qəsəbə sakini Elnur Hacıyevin idarə etdiyi “VAZ-21154” markalı və Sumqayıt şəhər sakini Seymur Orucovun idarə etdiyi “Mitsubishi” markalı avtomobillər toqquşub. Nəticədə E. Hacıyevin sərnişini, Bakı şəhər sakini Tərlan Süleymanov hadisə yerində ölüb, hər iki sürücü və S.Orucovun 1 sərnişini xəstəxanaya yerləşdirilib.


Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR