Müəllif Hüquqları Agentliyinin nümayəndə heyəti ÜƏMT Baş Assambleyasının sessiyasında iştirak edib

Müəllif Hüquqları Agentliyinin nümayəndə heyəti ÜƏMT Baş Assambleyasının sessiyasında iştirak edib
# 07 oktyabr 2016 16:39 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Müəllif Hüquqları Agentliyinin (MHA) nümayəndə heyəti Cenevrə şəhərində keçirilən Ümumdünya Əqli Mülkiyyət Təşkilatına (ÜƏMT) üzv ölkələrin Baş Assambleyasının 56-cı sessiyasında iştirak edib.

MHA-dan APA-ya verilən məlumata görə, müzakirələrə müəlliflik hüququ və sənaye mülkiyyəti sisteminin ötən il üzrə önəmli yekunlar çıxarılıb.

MHA sədri Kamran İmanov ÜƏMT-nin baş direktoru Frensis Harri ilə görüşüb. Söhbət zamanı Azərbaycanda rəqəmsal müəllif hüquqlarının idarə edilməsinin və piratçılığa qarşı mübarizənin nəticələrinə toxunulub.

Sonda K. İmanov F. Harriyə Azərbaycanda əqli mülkiyyət sahəsini xarakterizə edən Agentliyin ingilis və rus dillərində son nəşrlərini -«Intellectual Property and Human Rights», “Copyright and Internet Clash of Interests and Compromise Search”, “On the Intellectual Property Policy at Universities and Scientific – Research Institutions of Azerbaijan” və s.- təqdim edib. Doktor F. Harri onların aktuallığını vurğulayaraq, bu nəşrləri yüksək qiymətləndirib və Azərbaycanda əqli mülkiyyət mədəniyyətinin inkişafına mühüm töhfə olacağına inamını ifadə edib.

Sessiya çərçivəsində Avropa və Asiya ölkələri Departamentində görüşlər keçirilib, bu görüşlərdə Azərbaycanda müəlliflik və oxşar hüquqlar sahəsinin bundan sonrakı inkişafı müzakirə edilib, Agentliyin və ÜƏMT-nin gələn il keçiriləcək birgə tədbirlərinin tarixləri müəyyən edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR