Ramil Usubov İranın Sərhəd Qoşunları komandanını qəbul edib

Ramil Usubov İranın Sərhəd Qoşunları komandanını qəbul edib
# 09 mart 2016 14:16 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Daxili işlər naziri Ramil Usubov Azərbaycanda səfərdə olan İran İslam Respublikasının Sərhəd Qoşunlarının komandanı Qasım Rezayinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə çıxış edən R. Usubov belə görüşlərin transmilli mütəşəkkil cinayətkarlıq və beynəlxalq terrorizmlə mübarizədə səylərin birləşdirilməsi üçün imkanlar yaratdığını söyləyib. Nazir qeyd edib ki, transmilli mütəşəkkil cinayətkarlığın təhlükəli növlərinə, xüsusən narkotiklərin qanunsuz dövriyyəsinə və qaçaqmalçılığına qarşı mübarizədə əməkdaşlıq böyük potensiala malikdir. O, yeni istiqamətlərin müəyyənləşdirilməsinin zəruriliyini, ikitərəfli əlaqələrin genişləndirilməsində rəhbərlik etdiyi qurumun da maraqlı olduğunu vurğulayıb.

Daha sonra qonaqlara Azərbaycandakı mövcud ictimai-siyasi və kriminogen vəziyyət haqqında qısa məlumat verilib. Qasım Rezayi Azərbaycanda yaradılmış sabitlikdən məmnunluğunu ifadə edib. O qeyd edib ki, belə səfərlər, imzalanmış sənədlər eyni dinə, oxşar mədəniyyətə və tarixi köklərə malik hər iki ölkənin mənafelərinə uyğundur və bu, bütün sahələrdə, o cümlədən hüquq mühafizə fəaliyyəti sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsinə müsbət təsir göstərir.

İran İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayinin də iştirak etdiyi görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR