Azərbaycan enerji istehsalını 11%-ə yaxın azaldıb

Azərbaycan enerji istehsalını 11%-ə yaxın azaldıb
# 03 may 2016 11:20 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin aprel ayında Azərbaycanın enerji sistemində 1,7 mlrd. kVt/saatdan artıq elektrik enerjisi istehsal edilib.


”Azərenerji” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, bu, ötən ilin aprel ayı ilə müqayisədə 10,52% azdır. Bu ilin mart ayı ilə müqayisədə də enerji istehsalı 10,52% azalıb.

Bu ilin yanvar-aprel ayları ərzində isə 7,6 mlrd. kVt/saata yaxın elektrik enerjisi istehsal edilib. Bu da ötən ilin 4 ayı ilə müqayisədə 7,32% azdır.

Bununla yanaşı, ay ərzində ölkə enerji sisteminin əlaqəsi olan qonşu dövlətlər ilə elektrik enerjisi mübadiləsi davam etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR